“Neftçi”nin yetirməsi II Liqa klubunda

12.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Qaradağ Lökbatan” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, komanda İbrahim Novruzovla anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.

Son klubu MOİK olan yarımmüdafiəçi “Neftçi”nin yetirməsidir. O, “ağ-qaralar”ın əvəzedici komandasında forma geyinib.

“Qaradağ Lökbatan” yeni mövsümdə II Liqada mübarizə aparacaq. Çempionata sentyabrın 1-də start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью