“Neftçi”nin yetirməsi klub axtarır

03.07.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən mövsüm yekunlarına görə, elita ilə vidalaşan "Karvan-Yevlax" daha bir futbolçusu ilə yollarını ayırıb. Bu barədə Sport24.az-a komandanın qapıçısı Kamran İbrahimov açıqlama verib.
27 yaşlı qolkiper Yevlax təmsilçisi ilə vidalaşdığını təsdiqləyib. O, hazırda gələcək karyerası ilə bağlı müxtəlif variantları dəyərləndirdiyini bildirib:
"Təkliflər üzərində düşünürəm. Hələlik Premyer Liqa klublarından rəsmi təklif almamışam. Yaxın günlərdə gələcəyimlə bağlı yekun qərarımı verəcəm"
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Kamran İbrahimov 2024-cü ilin yayından "Karvan-Yevlax"ın formasını geyinirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью