Neftçinin yetirməsi Xankəndi klubuna keçdi

14.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

"Neftçi" klubunun yetirməsi olan Ziya Məmmədli karyerasını Region Liqasında mübarizə aparacaq "Xankəndi"də davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, 12 yaşından 19 yaşınadək "Neftçi"nin aşağı yaş qruplarında, əvəzedici heyətində çıxış edib və bu müddət ərzində dörd dəfə Azərbaycan çempionu olub.
Qeyd edək ki, Azərbaycanın U-17 və U-19 yığmalarında da forma geyinmiş 22 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan" və "İmişli" klublarının da şərəfini qoruyub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью