Neftçinin yetirməsi Xankəndi klubuna keçib

14.11.2024

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Neftçi" klubunun yetirməsi olan Ziya Məmmədli karyerasını Region Liqasında mübarizə aparacaq "Xankəndi"də davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, 12 yaşından 19 yaşınadək "Neftçi"nin aşağı yaş qruplarında, əvəzedici heyətində çıxış edib və bu müddət ərzində dörd dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, Azərbaycanın U-17 və U-19 yığmalarında da forma geyinmiş 22 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan" və "İmişli" klublarının da şərəfini qoruyub.

Fatih Terim Bakıya gəlir AFFA prezidenti Ronaldinyo ilə görüşüb Ronaldinyoya Qarabağ xalçası hədiyyə edilib - VİDEO “Liverpul” “Qarabağ”ın dəvətini qəbul edib Ramin Quliyev: "Azərbaycan millisi üçün qələbə qazanmağın vaxtıdır"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью