“Neftçi”nin yetirməsi “Zirə”də: “Sadıqov amili də qərarımda təsirli oldu”

29.06.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi”nin yetirməsi Nazim Məmmədzadə karyerasını bitirib. 30 yaşlı müdafiəçi bundan sonra “Zirə”də yeni yaradılan Skautinq Departamentinin rəhbəri Eltun Yaqublunun köməkçisi olacaq.

Məmmədzadə “Futbolpress.az“a açıqlamasında qərarını şərh etdi:

“Hiss etdim ki, artıq karyeramın pikindəyəm. Ümumiyyətlə, əvvəldən planımda çox oynamaq yox idi. Eltun Yaqublu “Zirə”yə təyinat alandan sonra mənimlə görüşdü, planlarından, layihələrindən danışdı. Rəşad Sadıqov amili də qərarımda təsirli oldu. Bundan sonra artıq “Zirə”də çalışacağam. Karyeram ərzində müxtəlif ölkələrdə oynamışam. Məncə, dil biliyim və dünya görüşüm işimə kömək olacaq”.

Nazim son olaraq Maldiv adalarında “Maziya”da forma geyinib. “Neftçi”nin yetirməsi olan müdafiəçi karyerasının son illərini ölkə xaricində keçirib. O, Qırğızıstanda “Alay”, Polşada “Svinoyçe”, Latviyada “Qrobina”, İspaniyada “Marino Luanko”, Şimali Makedoniyada “Renova”da çıxış edib.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью