Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi”nin əməliyyat olunan futbolçusu Azər Salahlı son durumu barədə danışıb.
İdmanxeber.az-a açıqlama verən müdafiəçi bərpa prossesinin uğurla davam etdiyini bildirib.
O, yaşıl meydanlara dönəcəyi tarixi də açıqlayıb: “Zədəmlə bağlı onu deyim ki, hər şey qaydasındadı. Artıq fərdi məşqlərə başlamışam.
Təxminən 2 həftə sonra komanda ilə məşqləri bərpa edəcəm. Yəqin ki, yanvar ayından oynamağa başlayaram”.
Xatırladaq ki, Azər Salahlının “Neftçi” ilə gələn ilin yayına qədər müqaviləsi var Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.