“Neftçi”nin “Zirə” həsrəti son qələbədən 1 il 9 ay ötür

27.11.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XIII turunda bu gün "Zirə" ilə qarşılaşacaq "Neftçi" artıq altı oyundur ki, qəsəbə təmsilçisinə qalib gələ bilmir. Sport24.az xəbər verir ki, bu görüşlərin biri Azərbaycan Kubokuna, digər beşi isə Premyer Liqaya təsadüf edib.
Son altı qarşılaşmanın üçündə "Zirə" qələbə qazanıb, üçündə isə heç-heçə qeydə alınıb.
"Neftçi"nin "Zirə" üzərində sonuncu qələbəsi 2025-ci ilin fevralında baş tutub. Həmin vaxt "ağ-qaralar" Sabir Abasovun rəhbərliyi altında Premyer Liqa matçında 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu gün keçiriləcək "Neftçi" – "Zirə" oyunu saat 19:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью