Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə Misli Premyer Liqasının 13-cü turunda “Zirə”ni qəbul edəcək “Neftçi”nin heyəti ilə bağlı son vəziyyət məlum olub.
“Ağ-qaralar”ın mətbuat xidmətindən fanat.az-a verilən məlumata görə, heyətdə cəzalı futbolçu yoxdur.
Yeganə zədəli oyunçu isə mərkəz müdafiəçisi Murad Xaçayevdir.
Qeyd edək ki, “Neftçi” - “Zirə” qarşılaşması noyabrın 27-də keçiriləcək. “Palms Sports Arena”da reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. Hazırda 27 xalı olan “xalq komandası” xalla turnir cədvəlinin birinci pilləsində mövqe tutubsa, 20 xala malik “qartallar” beşinci sıradadır.