“Neftçi”yə 100 manat cərimə

31.07.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XXX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

14.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXX turun “Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 33-cü dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli oyunçusu Amur Yusifov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kəpəz-2” komandası 100 manat cərimə edilsin (maddə 41);

14.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXX turun “Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 53-cü dəqiqəsində “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz-2” komandası 80 manat cərimə edilsin (maddə 52.1);

14.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXX turun “Neftçi-2” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi-2” komandası 100 manat cərimə edilsin (maddə 72.4).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью