“Neftçi”yə lazım olma hücumçu ğlkəmizə qayıda bilər

29.08.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neftçi”yə lazım olmadığı üçün bu yay komandadan göndərilən Dembo Darbonun Azərbaycana geri qayıtmaq ehtimalı var.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, qambiyalı hücumçu Premyer Liqamızda mübarizə aparan bir klubun maraq dairəsindədir.

Darboya Avropa və ərəb ölkələrinin bir çox klubundan təklif gəldiyi üçün Premyer Liqa klubumuza hələ ki dəqiq cavab verməyib. Darbo yaxın günlərdə Azərbaycan klubuna qəti qərarını bildirəcək.

27 yaşlı mərkəz hücumçusu “Real de Bancul”(Qambiya), “Ndiambur”(Seneqal), “Şkupi”(Şimali Makedoniya), “Şaxtyor”(Soliqorsk, Belarus), “Əl-Nəsr”(BƏƏ), “Astana”, “Ordabası”(hər ikisi Qazaxıstan) klublarında çıxış edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью