“Neftçi”yə nə lazımdır?

02.12.2024

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üçüncü qolu buraxandan sonra Samir Abasovun etdiyi oyunçu dəyişiklikləri və rotasiyalar “Neftçi”ni miskin göstərdi – heç olmasa, daha qol buraxmayaq.

Ştoqrinlə birgə beşli müdafiəyə keçən “ağ-qaralar” qol buraxmasa da, real qol epizodları da yarada bilmədi, ümumiyyətlə isə komandanın “oyun stenoqramı” dağınıq idi.

Əslində matç onlar üçün pis başlamadı. İlk təhlükəli hücum da qurulmuşdu və s.

Sadəcə, təxminən, ikinci heyətlə oyuna çıxan “atlılar” “yorğa yürüşlə” belə çətinlik çəkmədən mübarizə apardı.

İkinci hissədə isə Qurban Qurbanovun “drujinası” “ağır artilleriya”nın “döyüşə atılması” ilə üstünlüyü demək olar ki, tam ələ aldı.

Ara-sıra Lebon üzərindən xam xəyallarla qurulan hücumlar, Ramil Şeydayevin natamam cəhdləri gedişata əhəmiyyətli təsir edə bilmədi.

Hiss olunurdu ki, “Neftçi”nin həyəti natarazdır. Abasov müxtəlif oyun şəkillərinə xitab etsə də, bu natarazlıqla məqsədə nail olmaq çətin idi.

Oyunun rezumesi deməyə əsas verir ki, bu vəziyyətdə bu komandalar dəfələrlə oynasa, “ağ-qaralar”ın şansı yoxdur. O boyda Almaniyadan Bauer kimi oyunçu tapıb gətirmək…?

Məsələ tək onda deyil, “Neftçi”nin pərakəndə, şəkilsiz oyununun səbəbi elə məntiqsiz, mənasız seleksiya siyasətindən qaynaqlanır. Bu heyətdəkilərin çoxu bir-birinə uyğun deyil, ayrı-ayrılıqda isə əksərinin səviyyəsi aşağıdır.

Qış fasiləsində Abasovun önəm verməli olduğu əsas istiqamət bu olmalıdır.

Bu məqamlara rəğmən, “Neftçi” o halda deyil ki, Premyer Liqanın “zirzəmisində” olsun. Burda qüvvələrin toqquşması məsələsini qabartmaq olar. Bir sözlə, “Neftçi”də təkhakimiyyətlilik qurulmasa, düzəlməyəcək. Komandanın oyunundakı pərakəndəlik elə klub isteblişmentindəki çoxtərkiblilikdən qaynaqlanır.

Bir qüvvənin dominantlığı büdrədikdə üstünlüyü ələ keçirən digər qüvvənin qabarmaması üçün “ağlını işə salır”.

Mətnboyu bəhs edilən heyətin naqolaylığı, natarazlığı da bundan doğub. “Mikrorəhbərliklər” yox, təkhakimiyyətlilik lazımdır…

Elçin Cəlilov

Əsas xəbərlər, Premyer liqa “Neftçi” üçün “20”

2 Dekabr 2024, 10:46

Əsas xəbərlər, Manşet, Premyer liqa Favoritlər büdrəmədi, “zirzəmi”də dəyişiklik

2 Dekabr 2024, 10:11

Əsas xəbərlər, Premyer liqa Derbidə rekord

2 Dekabr 2024, 9:00

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi Arena”da qələbəyə layiq oyun

2 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Ölkə futbolu Samir Abasov: “Bilmədiyiniz problemlər çoxdur”

1 Dekabr 2024, 21:59

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” derbidən qalib ayrıldı

1 Dekabr 2024, 20:57

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью