“Neftçi”yə Super Liqadan 2 rəqib

14.05.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Neftçi” Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir.

Futbolpress.az xəbər verir ki, iyulun 8-də qardaş ölkəyə yollanan “ağ-qaralar”ın üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.

Qeyd edək ki, toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdıran “ağ-qaralar”ın ilk sınaq matçı iyulun 13-də Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”a qarşı olacaq. Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Super Liqa klubu “Sivasspor” olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью