Neftə olan tələb azalır

12.12.2024

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq Enerji Agentliyi Çin, Səudiyyə Ərəbistanı və İndoneziyada iqtisadi artımın zəifləməsi səbəbindən 2024-cü ildə neftə olan tələbat artımı proqnozunu sutkada 80 min barel azaldaraq 840 min barelə endirib.

Teleqraf.com qurumun hesabatına istinadən bildirir ki, 2024-cü ilin sonuna qədər neftə olan tələb sutka 102,8 milyon barel təşkil edəcək. Bunun fonunda təklif 104,9 milyon barel qiymətləndirilir. Beləliklə bazarda 100 min barel neft artıqlığı proqnozlaşdırılır.

Hesabatda deyilir ki, qlobal neft tələbi gələn il 2024-cü ildəki 840 min bareldən sutkada 1,1 milyon barelə yüksələcək. Nəticədə 2025-ci ildə istehlak 103,9 milyon barelə çatacaq.

Gələn il qlobal neft tədarükünün sutkada 1,9 milyon barel artaraq 104,8 milyon barel olacağı gözlənilir. Artımın 70%-dən çoxu OPEC+-a daxil olmayan ölkələrin payına düşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью