Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,73 ABŞ dolları və ya 2,91 % azalaraq 124,14 ABŞ dolları təşkil edib.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azərbaycan neftinin bir barelinin qiyməti 3,72 dollar və ya 3,2% azalaraq 112,79 dollar təşkil edib.
"Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 127,55 dollar olub.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Azərbaycan bu markalı nefti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3% təşkil edir.