Neftimiz 7 dollara yaxın bahalaşdı

30.07.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelə olan qiyməti 6,97 ABŞ dolları və ya 7,64% bahalaşaraq 98,19 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью