Neftimiz bahalaşdı

10.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları artıb.

"Cebheinfo.az" xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları, yaxud 1,42 % artaraq 75,49 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью