Neftimiz bahalaşdı Yeni qiymət

22.11.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

News24.az Valyuta.az-a istinadla xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.72 ABŞ dolları, yaxud da 0.96% artaraq 75.60 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin qiyməti 0.69 ABŞ dolları və ya 0.92% artaraq 75.21 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью