Neftimiz büdcə qiymətindən 30 dollar baha satılır

12.08.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin (CIF) qiyməti bahalaşıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,41 dollar və ya 0,43% artaraq 95,57 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95,16 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 dollar hesablanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью