Neftimiz cüzi ucuzlaşıb

13.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti cüzi azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,39 ABŞ dolları, yaxud 0,51 % azalaraq 76,15 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью