Neftimiz dünya bazarında kəskin bahalaşdı

25.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,51 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,71 % artaraq 125,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью