Neftimizin qiyməti 79 dollara yaxınlaşdı

12.02.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti nisbətən bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,43% artaraq 78,98 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 77,87 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью