Neftimizin qiyməti cüzi artıb

14.11.2024

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti cüzi artıb. 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,54 ABŞ dolları, yaxud 0,73 % artaraq 74,7 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью