Icma.az bildirir, 525.az portalına istinadən.
"Neftin 100 dollara çatması onun uzun müddət həmin səviyyədə qalacağı anlamına gəlmir. ABŞ və digər böyük istehsalçıların əlavə neft təklif etməsi, strateji ehtiyatların bazara çıxarılması, tələbin zəifləməsi və diplomatik proseslərin bərpası qiymət artımını məhdudlaşdıra bilər. 100 dollar psixoloji hədd olmaqla yanaşı, hazırkı şəraitdə bazarın real hədəfinə çevrilə bilər".
Bunu iqtisadçı ekspert Akif Nəsirli 525.az-a bildirib. Ekspert vurğulayıb ki, yaxın günlərdə Brent üçün 95 dollar əsas sınaq nöqtələrindən biri olacaq. Bu hədd davamlı şəkildə keçilərək hərbi eskalasiya genişlənərsə, neftin 100 dollara çatması ehtimalı əhəmiyyətli dərəcədə yüksələcək.
Sevinc Qarayeva