Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Bu gün neft qiymətləri yenidən yüksəlib. ABŞ-nin İrana məxsus yük gəmisini ələ keçirməsindən və İranın Hörmüz boğazında nəqliyyatı iflic etməyə davam etməsindən sonra Qərbi Texas (WTI) neftinin bareli 7%-dən çox artıb.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bazar ertəsi günü Paris vaxtı ilə saat 01:30 (Bakı vaxtı ilə 03:30) radələrində WTI neftinin bir barelinin qiyməti 7,67% artaraq 90,28 dollara, Şimal dənizindən hasil edilən Brent neftinin qiyməti isə 6,76% artaraq 96,49 dollara çatıb.
Aydın Baxış