Neftin qiyməti 91 dolları ötdü

01.09.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Dünya bazarlarında neft qiymətləri yüksəlib.
Bizim.Media xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72% artaraq bir barel üçün 91,14 dollar təşkil edib.
“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,89 dollar və ya 1,04% bahalaşaraq 86,65 dollara yüksəlib.
Neftin bahalaşması ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi və Hörmüz boğazından tədarükün pozula biləcəyi ilə bağlı narahatlıqların artması ilə əlaqələndirilir.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью