Neftin qiyməti bir gecədə yüksək həddə çatdı

13.06.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İsrailin İrana hücumundan sonra neftin qiyməti 7 faizdən çox artıb.

“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti 4,28% bahalaşaraq 73,35 ABŞ dollarına yüksəlib.

Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli iyul fyuçerslərinin qiyməti isə 7,95% artaraq 1 barel üçün 73,03 ABŞ dolları təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью