Neftin qiyməti dörd ilin maksimumuna çatır

02.03.2026

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrandakı müharibə və Hörmüz boğazının bağlanması səbəbindən martın 2-si səhər saatlarından neftin qiymətində dörd ilin ən çox artımını qeydə alıb.

Reyting.az xəbər verir ki, Investing portalının məlumatına görə, Brent markalı xam neftin qiyməti təxminən 10 faiz artaraq bir barel üçün 79,97 dollara çatıb. Amerika Qərbi Texas Aralıq nefti (WTI) təxminən 9 faiz bahalaşaraq bir barel üçün 73 dollar olub.

“Bloomberg”-in məlumatına görə, dünya neft hasilatının 20 faizinin daşındığı Hörmüz boğazından tanker daşınması demək olar ki, dayanıb. Gəmi sahibləri və tacirlər genişlənən münaqişə səbəbindən işlərinə fasilə veriblər.

Qeyd olunur ki, İran hakimiyyəti 1 martda Hörmüz boğazının açıq qaldığını bildirsə də, üç neft tankerinə hücum ediblər.

Genişlənən münaqişəyə cavab olaraq, OPEC+ aprelin 1-dən etibarən neft hasilatı kvotalarını gündə 206.000 barel artırmaq barədə razılığa gəlib.

Lakin “Citigroup” analitikləri neftin qiymətinin “ən azı növbəti həftə” barel üçün 80 ilə 90 dollar arasında dəyişəcəyini proqnozlaşdırırlar. Onların fikrincə, neft infrastrukturuna zərbələr endirilərsə, qiymətlər barel üçün 120 dollara qədər yüksələ bilər.

Konsaltinq şirkəti “Wood Mackenzie”-nin analitikləri də bildirirlər ki, Hörmüz boğazından gəmi daşınması tez bir zamanda bərpa olunmazsa, neft barel üçün 100 dollardan çox bahalaşacaq.

“Əgər su yolu 25 gün bağlı qalarsa, Yaxın Şərqdəki əsas neft istehsalçıları saxlama çənləri dolduğu üçün istehsalı dayandırmaq məcburiyyətində qalacaqlar”, - deyə “JPMorgan Chase & Co.” şirkətinin analitikləri bildiriblər.

V. QULİYEV


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью