Neftin qiyməti necə dəyişəcək? AÇIQLAMA

12.09.2025

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Dünya bazarında neftin qiymətinin azalması neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün gəlir itkisinə səbəb ola bilər”. 
Bunu Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. O bildirib ki, 2025-ci il üçün proqnozlar göstərir ki, vəziyyət stabil qala bilər:
“Belə ki, avqust ayında yayımlanan Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, neftin orta qiymətinin 70 dollar ətrafında qalması gözlənilir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycan nefti (Azəri Light) “Brent” markalı neftdən təxminən 1 dollar baha satılır. Bu isə o deməkdir ki, cari il üçün dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozları yerinə yetiriləcək. Hökumətin büdcə ilə bağlı hər hansı ciddi çətinlik yaşaması gözlənilmir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью