Neftin qiyməti necə dəyişəcək? Tramp AÇIQLADI

24.10.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək.

Redaktor.az "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib.

Trampın sözlərinə görə, nizamlanmanın hansı yolla əldə ediləcəyindən asılı olmayaraq, İranla münaqişə yaxın vaxtlarda başa çatacaq.

"Biz bu və ya digər şəkildə İranla işi çox tezliklə bitirəcəyik. Benzinin və neftin qiymətləri kəskin şəkildə düşəcək", - ABŞ lideri bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью