Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya bazarında neft qiymətləri yüksək səviyyədə qalmaqda davam edir.
“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,15 dollar və ya 0,16% azalaraq bir barel üçün 95,48 dollar təşkil edib.
“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə dəyişməyərək 91,01 dollar səviyyəsində qalıb.
Neft bazarında qiymətlər ABŞ və İran arasında son qarşılıqlı zərbələrdən sonra yüksək səviyyədə qalsa da, yeni hücumların qeydə alınmaması gərginliyin səngiyə biləcəyi gözləntilərini artıraraq “Brent”in qiymətinə müəyyən təzyiq göstərib. Bununla belə, Hörmüz boğazından gəmi keçidlərinin normadan aşağı qalması tədarüklə bağlı narahatlıqları davam etdirir. /"APA-Economics"