Neftin taleyi necə olacaq? AÇIQLAMA

14.01.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu gün dünyada ən çox müzakirə olunan məsələlərdən biri enerji resursları, xüsusilə də neftlə bağlı vəziyyətdir. Dünyanın neft ehtiyatlarının təxminən 20%-i geosiyasi baxımdan əhəmiyyətli ərazilərdə cəmlənib”. 
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, həmin ölkələr bu resurslara malik olmaqla yanaşı, həm də mürəkkəb geoloji quruluşa malik neft yataqlarına sahibdirlər:
“Bu da hasilat və emal prosesini daha da çətinləşdirir. Proseslərin inkişafı əsasən ABŞ və digər aparıcı ölkələrin atacağı addımlardan asılı olacaq. Hazırkı vəziyyətdə hakimiyyətin kimdə olacağı, idarəetmənin hansı formada qurulacağı gələcək inkişaf dinamikasını müəyyən edəcək. Bu baxımdan, indidən qəti nəticələr çıxarmaq tezdir”.
O deyib ki, əgər ABŞ bu proseslərə birbaşa müdaxilə edərsə və neft sənayesinin yenidən qurulmasında aktiv iştirak göstərərsə, nəticələr daha tez görünə bilər:
“Əks halda, proseslər zamana yayıla bilər və təsirlərin tam şəkildə hiss olunması növbəti mərhələlərdə baş verəcək. Bununla yanaşı, Çinin də bu sahədə mövqeyi və maraqları nəzərə alınmalıdır. Lakin orada da müəyyən çətinliklər və qeyri-müəyyənliklər mövcuddur. 
Ümumilikdə, bütün bu proseslər qlobal enerji bazarına təsirsiz ötüşməyəcək və bu təsirləri yaxın olmasa da, orta müddətli dövrdə açıq-aşkar hiss edəcəyik”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью