Neftlə bağlı BÖYÜK RAZILAŞMA: 5 ildən sonra… KONKRET

06.10.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Liviyanın Milli Neft Korporasiyası (NOC) 5 ildən artıq fasilədən sonra bir neçə dəniz blokunda kəşfiyyat işlərinin bərpa olunduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, layihə İtaliyanın “Eni” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

NOK-un məlumatına görə, işlərin yenidən başlanması texniki və ekoloji ekspertizanın tamamlanmasından sonra mümkün olub.

Kəşfiyyat Liviyanın şimal-qərbində təhlükəsizlik və qeyri-sabitlik səbəbindən daha əvvəl dayandırılmış əraziləri əhatə edəcək.

“Eni” artıq yeni kəşfiyyat quyularının qazılmasına hazırlıq məqsədilə seysmik və geoloji tədqiqatlara başlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью