Neftlə bağlı qorxunc proqnoz

14.09.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qırmızı dəniz istiqamətində yerləşən strateji neft infrastrukturuna pilotsuz uçuş aparatları ilə edilən hücumlar qlobal enerji bazarında ciddi böhran riski yaradıb. Səudiyyə Ərəbistanının "Şərq–Qərb" magistral neft kəmərində baş verən diversiya nəticəsində təcili olaraq dayandırılan nəql prosesi dünya neft tədarükünün təxminən 4 faizinin bazardan kənarda qalması təhlükəsini doğurub.

“Yeni Sabah” xəbər verir ki, sözügedən kəmər normal istismar rejimində sutkada təxminən 4 milyon barel xam nefti Qırmızı dəniz sahilindəki eksport terminallarına çatdırır. Bu marşrut Səudiyyə Ərəbistanı üçün geostrateji baxımdan həyati əhəmiyyət kəsb edir, çünki Ər-Riyada neft ixracında Hörmüz boğazında yaşana biləcək potensial böhranlardan və nəqliyyat fasilələrindən yan keçmək imkanı verir.

Məlumata görə, Qırmızı dəniz sahilindəki Yanbu şəhərində yerləşən ana ixrac terminalındakı mövcud neft ehtiyatları maksimum 5–7 günlük tələbatı ödəyə bilər. Əgər boru kəməri yaxın günlərdə bərpa olunmazsa, terminalda ehtiyatların tükənməsi ilə birlikdə nəhəng ixrac həcmlərinin bazara çıxışı tamamilə kəsiləcək. Sezar pizza

Kəmərin bərpası ilə bağlı müddətlər barədə isə ziddiyyətli məlumatlar daxil olur. Sənayedəki mənbələrdən biri zədələnmiş hissələrin tam bərpa və təmir işlərinin 5–6 həftə çəkəcəyini bildirib. Digər mənbə isə texniki heyətin operativ müdaxiləsi sayəsində boru kəmərinin qismən daha tez istismara verilməsinin mümkünlüyünü vurğulayıb.

Analitiklər xəbərdarlıq edirlər ki, təmir prosesinin uzanması dünya bazarlarında neftin qiymətinin kəskin bahalaşmasına və qlobal enerji zəncirində ciddi qırıqlara gətirib çıxara bilsin.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью