Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir qrup Mərakeş zabiti Qəzza zolağında hüquq-mühafizə orqanlarını dəstəkləmək üçün cənubi İsrailə gəlib...
Mərakeş İsrail-Fələstin münaqişə zonasına rəsmi olaraq nümayəndə göndərən ilk ərəb ölkəsi olub. Tramp administrasiyası ilə əlaqəli bir təşkilat olan Sülh Şurasının məlumatına görə, bir qrup Mərakeş zabiti artıq Qəzza zolağındakı vəziyyəti tənzimləməkdən ötrü çalışan beynəlxalq sabitləşdirmə qüvvələrinə(BAQ) inteqrasiya etmək üçün İsrailə gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Şuranın anonim sözçüsünün sözlərinə görə, kontingent iyunun 18-də ölkənin cənubundakı BSQ qərargahına gəlib. Qrup dörd zabitdən ibarətdir, lakin əlavə dəstək heyətinin mövcudluğu dəqiqləşdirilməyib. Mərakeş mütəxəssislərinin qüvvələrin strukturunun formalaşdırılmasında kömək etmələri və hüquq-mühafizə sahəsindəki təcrübələrini bölüşmələri gözlənilir.
Sülh Şurasının rəsmi açıqlamasında vurğulanıb ki, onların gəlişi Qəzza xalqını dəstəkləmək üçün beynəlxalq səyləri gücləndirir. Qeyd etmək lazımdır ki, Mərakeş bu ilin fevral ayında polis və hərbi mütəxəssisləri münaqişə zonasına göndərmək barədə açıq şəkildə öhdəlik götürüb.
"The Jerusalem Post" qəzetinin məlumatına görə, Mərakeşlə yanaşı, Albaniya və Yunanıstan da Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə qoşulacaq.
Bu yerləşdirmə Vaşinqtonun yanvar ayının ortalarında elan etdiyi Qəzza üçün "Tramp planı"nın ikinci mərhələsinin başladığı bir vaxta təsadüf edir.
Moderator.az xatırladır ki, 2023-2024-cü illərdə Qəzza zolağında müharibə yeni başlayanda Türkiyə ərəb ölkələrinə təhlükəsizlik planı təklif etmişdi. Plana əsasən, Türkiyə və ərəb ölkələri birgə hərbi qüvvələr yaradaraq Qəzza zolağında yerləşdirməli idil. Lakin başda Misir olmaqla ərəb ölkələri bu təklifi rədd etmişdi...
S.Laçın