Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Kaliforniyanın (ABŞ) Karmel körfəzində dəniz canlıları ilə bağlı nadir və unikal hadisənin gör
Dron vasitəsilə çəkilən kadrlarda 1 500-dən çox fərddən ibarət nəhəng boz delfin sürüsünün hərəkəti əks olunub.
Oxu.Az-ın "Associated Press"ə istinadla məlumatına görə, kadrları dəniz məməlilərinin müşahidəsi ilə məşğul olan "Monterey Bay Whale Watch" təşkilatının üzvü, kapitan Evan Brodski çəkib.
Tədqiqatçılar komandası əvvəlcə qarşılarında onlarla heyvan olduğunu düşünüblər, lakin dron buraxıldıqdan sonra aydın olub ki, delfinlərin sayı 1 500-ü keçir.
Nəhəng boz delfin sürüsü alimləri öz davranışlarıyla heyrətləndirdi Ekspedisiyada iştirak edən dəniz bioloqu Kolin Teltinin sözlərinə görə, ən yadda qalan anlardan biri bir neçə delfinin ona yaxınlaşaraq diqqətlə baxması olub.
"Delfinlər çox oyunbaz davranırdılar, qayığımızla qarşılıqlı əlaqədə idilər.
Bəzi fərdlər hətta sürətlənmək üçün qayığın dalğalarından istifadə edirdilər.
Onlar suda tullanır, quyruqlarını çırpır, qayığa yaxınlaşırdılar. Sanki əsl şənlik qurmuşdular", - deyə Telti təəssüratlarını bölüşüb.