Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Massaçusets ştatında təxminən 400 kiloqram ağırlığında nəhəng günəş balığı sahildə ölü vəziyyətdə tapılıb.
Redaktor.az xəbər verir ki, hadisə Uellflit şəhərində baş verib. Balıq çimərlikdə gəzən şəxs tərəfindən aşkarlanıb.
Hadisə yerinə Yeni İngiltərə Sahil Təbiəti Alyansının əməkdaşları çağırılıb və balıqdan araşdırma üçün toxuma nümunələri götürülüb.
Mütəxəssislərin sözlərinə görə, günəş balıqları əsasən dərin sularda yaşayır və nadir hallarda suyun səthinə çıxırlar. Qabarma-çəkilmə zamanı isə dayaz sularda qala bilirlər.
Okean günəş balığı dünyanın ən ağır sümüklü balığı hesab olunur. Bəzi fərdlərin çəkisi iki tondan çox, uzunluğu və eni isə üç-dörd metrə çata bilər. Bu növ həssas hesab olunur.
Aytəkin TOFİQQIZI