Nəhəng sərnişin gəmiləri niyə əsasən ağ rəngdə olur? | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lüks sərnişin gəmilərinin və ya yaxtaların əsasən ağ rəngdə olması diqqətinizi çəkmiş ola bilər. Bəs bunun səbəbi nədir?
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, gəmilərin ağ rəngə boyanması təkcə estetik seçim deyil, həm də praktik və funksional səbəblərlə bağlıdır.
Ağ rəng istiliyi daha az udur Ağ rəng görünən işıq spektrindəki bütün dalğa uzunluqlarını əks etdirdiyi üçün daha az istilik udur və beləliklə gəmi gövdəsinin daha sərin qalmasını təmin edir.
Bu xüsusiyyət isti iqlimlərdə səfər edən sərnişin gəmiləri və yaxtalar üçün xüsusilə vacibdir.
Sərin mühit təmin etmək üçün gəmi salonlarında və kabinlərdə çalışan kondisionerlərə olan ehtiyac azalır ki, bu da enerji istehlakını və xərcləri azaldır.
Bu səbəblə ticarət təyyarələri də əsasən ağ rəngdə olur - eyni prinsip burada da keçərlidir.
Lakin bəzi şirkətlər öz marka kimliyini gücləndirmək üçün fərqli rənglər seçsələr də, ağ rəng əsas seçim olaraq qalır.
Tam oxu
Xəbəri oxu