Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi

16.09.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi

"Arsenal" və PSJ klubları “Liverpul”un 18 yaşlı vingeri Rio Nqumohanı transfer etməkdə maraqlıdırlar.

QOL.az xəbər verir ki, bu haqda “Les Transferts” məlumat yayıb.

Paris təmsilçisi növbəti transfer pəncərəsində İngiltərə futbolunun perspektivli oyunçularından hesab olunan futbolçunu almaq üçün addım atacağı gözlənilir.

PSJ ilə yanaşı, “Arsenal” da Nqumohaya  təklif göndərməyi planlaşdırır.

“Liverpul” isə gənc vingeri komandada saxlamaq niyyətindədir. Klub rəhbərliyinin yaxın vaxtlarda onunla müqaviləni uzatmağa çalışacağı qeyd olunur. Nqumohanın hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью