“Nəhənglər” Pelleqrini üçün yarışır

16.01.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Roma”nın futbolçusu Lorenso Pelleqrini karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Arsenal” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “La Repubblica” nəşri məlumat yayıb. London klubu qış transfer dönəmində oyunçunun keçidini həll etmək istəyir.

Pelleqrini ilə “İnter” və “Napoli” də maraqlanır. Oyunçu Premyer Liqada oynamağa müsbət yanaşır.

28 yaşlı yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 14 milyon avrodur. Pelleqrini bu mövsüm 21 oyunda meydana çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью