Nəhənglərin 100 milyonluq transfer yarışı

18.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

"Mançester Yunayted" və PSJ klubları "Atalanta"nın hücumçusu Ademola Lukman üçün yaraşır.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, klublar futbolçunun transferi üçün artıq 100 milyon avro təklif edib. Lukman bu qış klublardan birinə keçə bilər. Bildirilir ki, “Atalanta” futbolçusunu bu qiymətə satmağa hazırdır.

Maraqlıdır ki, "Transfermarkt" 27 yaşlı hücumçunun transfer dəyərini 40 milyon avro qiymətləndirir. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Qeyd edək ki, bu mövsüm Lukman "Atalanta" forması ilə bütün yarışlarda 14 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью