Nəhənglərin üçü də qalib gəldi, “Atletik” darmadağın etdi | Icma.az
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
La Liqada tura ilk 4 pillədə başlayan komandaların hamısı qələbə qazandı.
“Real”la “Barselona” hərəyə iki, “Atletiko” üç qol vurdu, “Atletik” isə aşkar autsayder “Valyadolid”in qapısından 7 top keçirdi.
Maraqlıdı ki, “Barselona” autsayderlərlə oyunlarda böyük çətinlik yaşayır. “Las Palmas”la qarşılaşma da bu mənada istisna olmadı.
İlk yarıda kataloniyalılar yalnız bir təhlükəli vəziyyət yaratdı ki, onda da Yamal qapıçı meydançasının küncündən “çərçivə”yə düşə bilmədi.
“Adalılar” isə bir neçə perspektivli hücum qurdu. Flik fasilədən sonra Olmonu meydana buraxdı və bu gediş işə yaradı.
O, 62-ci dəqiqədə Yamalın ötürməsindən yararlanıb hesabı açdı. “Las Palmas” məğlubiyyətdən qurtulmaq üçün çox çalışdı.
Top Erik Qarsiyanın əlinə dəydiyinə görə “Barsa”nın qapısına penalti təyin oluna bilərdi.
Tam oxu
Xəbəri oxu