Nehrəmdə enerji verilişində 4 gün fasilə yaranacaq

01.09.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvanın Nehrəm qəsəbəsində 4 gün işıq olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, 35/10 kilovoltluq Nehrəm yarımstansiyasından qidalanan 10 kilovoltluq “Nehrəm 1” hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 1-dən 5-dək Babək rayonu Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra abonentlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью