“Nələr hiss etdiyimi anlamaq istəyirdim”

11.05.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

İngiltərə millisinin futbolçusu Olle Vatkins Avro-2024-də finala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımfinalın Niderlandla oyununda sonradan meydana daxil olan və qələbə qolunu vuran forvard bunları deyib:

“Sözüm yoxdur! Matçdan sonra meydanı tərk etməyə tələsmədim. Çünki nələr hiss etdiyimi anlamaq istəyirdim. Qol epizoduna gəlincə, Kol Palmeri görəndə qaçdım və düşünürdüm ki, ötürmə gələcək. Fikirləşdiyim kimi oldu və qol vurdum.

Qoldan daha vacibi komandanın qələbəsidir. Düzü, İngiltərə millisi ilə Avropa çempionatında oynayacağımı düşünməzdim”.

İngiltərə finalda İspaniya ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью