Nemət Pənahlıdan sərt sözlər: “Ləyaqətini, şərəfini pula satan adamlardır”

19.10.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Mən 90-cı illərdə Türkiyədə olmuşam. Alparsan Türkeşdən tutmuş Süleyman Dəmirələ qədər bütün siyasi çevrələrlə yüksək səviyyədə görüşlərim olub. O zaman da demişdim ki, siz türklər məzhəbçiliklə Azərbaycana, Türk dünyasına girə bilməzsiniz”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri tanınmış siyasətçi Nemət Pənahlı “Müsavat” TV-nin qonağı olarkən deyib. O bildirib ki, Türkiyə Azərbaycanda sünni məzhəbini yaymağa cəhd edib:

“Türklər Türk dünyasına sadəcə Türkçülük, Turançılıqla girə bilər. Mən dəfələrlə demişəm və yenə də deyirəm. Çıxıb Şah İsmayılı təhqir edənlər, ona qarşı kampaniya başladanların hamısı pullu muzdlulardır. Ləyaqətini, şərəfini pula satan adamlardır. pizza sifarişi

Həmin nurçular gəlib aylarla mənimlə söhbət ediblər. Onlar mənə milyonlarla pul təklif ediblər. Onlar Azərbaycanı sünniləşdirmək istəyirdi. Hədəf Şah İsmayıl Xətai idi. Mən onda demişdim ki, bu Türk dünyasına xəyanətdir. Azərbaycanın özünəməxsus olduqca yüksək mənəvi dəyərləri var”.

 Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью