Nenad Laloviç AGF nin fəaliyyəti ilə tanış olub

28.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya səfəri çərçivəsində Azərbaycan Güləş Federasiyasının (AGF) ofisini ziyarət edib.

Bu barədə Bakıvaxtı.az-a AGF-dən məlumat verilib.

Bildirilib ki, görüşdə UWW prezidentinə AGF-nin fəaliyyəti, rəqəmsal idarəetmə sistemlərinin inkişafı, vahid məlumat bazasının yaradılması, videoanaliz və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Nenad Laloviç AGF-nin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək görülən işləri təqdir edib. Yaxın gələcəkdə bu layihələrin qloballaşdırılması və UWW ilə əməkdaşlıq çərçivəsində digər ölkələrdə də tətbiqinə şərait yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью