Nənə, baba və azyaşlı nəvə dəm qazından zəhərləndi Ölən var

07.01.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qusar rayonunda 3 nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, bu gün saat 01 radələrində 1962-ci il təvəllüdlü Riman Əlisultanov, həyat yoldaşı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Əlisultanov yaşadıqları Əniq kəndindəki evdə dəm qazından zəhərləniblər.

R.Əlisultanov hadisə yerində ölüb.

Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.

Araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью