Nənə nəvəsinin ölümünü eşidib intihar etdi Foto

31.01.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yevlax rayonunda nəvəsinin qəzada öldüyünü eşidən nənə intihar edib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Tanrıqulular kəndində baş verib.

Belə ki, yanvarın 23-də Mingəçevir şəhərində həmin kəndin sakini olan 15 yaşlı Amil Habil oğlu Rzayevi “VAZ 2107” markalı avtomobil vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u saat 14 radələrində vəfat edib.

Dünən nəvəsinin ölüm xəbərini alan 1961-ci il təvəllüdlü Lalaxanım Rzayeva sirkə turşusu içərək həyatına qəsd edib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью