Nənə olmaq istəyirəm Hülya Avşar | Icma.az
Icma.az bildirir, Axsham.az portalına istinadən. Türkiyəli müğənni-aktrisa Hülya Avşar nənə olmaq istədiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, aktrisa nəvələrinə özünün baxacağını deyib: "Qızım Zəhra 3-4 uşaq istəyir.
Ona deyirəm ki, nənə olsam, uşağı sizə vermərəm. O da deyir ki, biz də gəzərik. Mən nəvə sevmək istəyirəm.
Çox maraqlı və qayğıkeş nənə olaram". 62 yaşlı Avşar estetik etdirmədiyini bildirib: "Gözəl yaşlandığımı düşünürəm.
Özümü buraxmağı da sevmirəm. Amma qırışlarımın, üz ifadəmin, gözaltı nahiyəmin yaşımı göstərməsi mənə çox xoş gəlir".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu