“Nənələr”dən biri vəfat etdi

27.06.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Lənkəranda yaradılan “Nənələr” folklor qrupunun 89 yaşlı üzvü vəfat edib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, 1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva dünyasını dəyişib.

O, doğulduğu Separadi kəndində dəfn olunacaq.

Qeyd edək ki, X.Quliyeva folklor qrupun yaradıcılarından olub. Ansambl 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью