Nənəsi üçün darıxan şahzadə: Mən kral olanda islahatlar edəcəyəm

04.10.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uels şahzadəsi Uilyam Kanadalı aktyor Eugene Levy ilə "The Reluctant Traveller" proqramı üçün səmimi müsahibə verib.

Bizimyol.info xəbər verir ki, şahzadə Uilyam kral olduqdan sonra monarxiyada radikal olmasa da, müəyyən islahatlar keçirməyi planlaşdırdığını söyləyib.

Uilyams həmçinin qeyd edib ki, 2024-cü il onun ailəsi üçün çətin bir il olub. Levinin gələcək fəaliyyəti ilə bağlı sualını cavablandıran Uilyam, dəyişikliyin gündəmdə olduğunu ifadə edərək: "Bu, yaxşılığa doğru dəyişiklikdir və bundan həzz alıram. Bundan qorxmuram; məni həyəcanlandıran da budur. Bu, radikal deyil, amma edilməsi lazım olduğuna inandığım dəyişikliklər olacaq", - deyib.

Ailəsini qorumaq ehtirasını və böyük övladı Şahzadə Corc bir gün kral olduqdan sonra hər şeyin yerində olmasını təmin etmək arzusunu ifadə edən Uilyam: "Oğlumun etdiyimiz işlərlə fəxr edəcəyi bir dünya və biznes yaratmaq istəyirəm və bu, insanların həyatına daha yaxşı təsir edəcək", - deyə bildirib. 2024-cü ili "ən çətin il" olaraq xarakterizə edən Uilyam, "arvadımın və atamın keçən il yaşadıqlarının öhdəsindən necə gəldiklərinə görə çox qürur duyuram" deyib.

Söhbət zamanı Şahzadə Uilyam nənəsi Kraliça Elizabet üçün hələ də çox darıxdığını söyləib və onun təkcə monarx deyil, həm də güclü ailə başçısı olduğunu vurğulayıb. Uilyam: “Nənəm üçün çox darıxıram. O, həyatımızda böyük bir varlıq idi", - deyə Kraliça Elizabetlə bağlı hisslərini ifadə edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью